Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olundu


21:50     23 Avqust 2016 Dövlət%20Komitəsi%20Aparat%20rəhbəri.jpg

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri dəyişib.


Femida.az
Müvafiq əmrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva Aparat rəhbəri təyin edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Oqtay İbrahimov dələduzluqda ittiham olunan Səfər İmanovun yerinə təyin olunmuşdu.

Femida.az

Açar sözlər:

Oxunub: 797