Göyçayda toyda kütləvi zəhərlənmə olub


00:13     24 Avqust 2016 blank.jpg

Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib.


Femida.az-ın report-a istinadən verdiyi məlumata görə, toyda 40-a yaxın vətəndaş zəhərlənib.

Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.

Zəhərlənmənin toyda verilən şirələrdən baş verdiyi ehtimal olunur.

Hazırda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1068