“Ermənistan müstəqilliyini real olaraq itirib” - Erməni deputat


01:17     24 Avqust 2016 aram%20manukyan.jpg

“Bu gün Ermənistan bütün regional layihələrdən kənarda qalıb”.


Femida.az “news.am” a istinadən xəbər verir ki, bunu parlamentdəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyib. Onun sözlərinə görə, ölkə xarici oyunçularla əlaqələrinin səviyyəsinə və mövcudluğunun həmin dövlətlər üçün nə dərəcədə əhəmiyyətli olması qədər müstəqildir: “Ermənistan üçün əsas oyunçular bizim qonşularımız Türkiyə, Gürcüstan, Azərbaycan, İran və Rusiyadır. Elə etmək lazımdır ki, Ermənistanın müstəqilliyi onlar üçün faydalı olsun. Amma bu gün Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalıb, perspektivə isə heç nə görünmür”.

O, Rusiya-Türkiyə, İran-Rusiya münasibətlərinin yaxşılaşdırılmasına diqqət çəkərək, Rusiyanın Azərbaycanla strateji əlaqələr yaratdığını vurğulayıb: “Rusiyanın Gürcüstanla da münasibətləri yaxşılaşmağa başlayıb. Gürcüstan Türkiyə münasibətləri isə əla səviyyədədir.Türkiyə, Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlıq inkişaf edir. Ermənistanla yaxşı münasibətləri olan bizim daimi müttəfiqimiz İran Rusiya, Azərbaycan və Türkiyə ilə daha yaxın əlaqələr yaradır”.

Deputat deyib ki, Ermənistan heç bir layihədə iştirak etmir, deməli, ölkənin gücləndirilməsi heç kimə lazım deyil: “Bu o deməkdir ki, Ermənistan bölgədə razılaşmaların imzalanması, investisiya qoyulması subyekti yox, mane yaradan subyektdir. Ermənistan indiki hakimiyyətin “sayəsində” heç bir şeyə çevrilib və öz müstəqilliyini möhkəmləndirmək üçün hər hansı təsir imkanları yoxdu. Bu, müstəqilliyin real olaraq itirilməsidir. Bu gün tam şəkildə Ermənistanı dəstəkləyən, Qarabağ məsələsində ona dəstək verən bir ölkə belə yoxdur”.

Açar sözlər:

Oxunub: 2035