Hacıları 17 min polis qoruyacaq


03:33     24 Avqust 2016 hecc8.jpg

Səudiyyə Ərəbistanda həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanının əməkdaşı qoruyacaq.


Yerli KİV-in yaydığı məlumata görə, ölkə rəhbərliyi fövqəladə halların qarşısının alınması məqsədilə məsul xidmətlərin iş planını qəbul edib.

Səudiyyə Ərəbistanın Mülki Mühafizə İdarəsinin başçısı general Süleyman ben Abdulla əl-Əmr bildirib ki, krallığın daxili işlər naziri, eyni zamanda, Həcc Məsələləri üzrə Komitənin sədri Şəhzadə Məhəmməd ben Naif əl Səud tərəfindən təsdiq olunan iş planı, həcc ziyarətində təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün resursların səfərbərliyini nəzərdə tutur. Onun sözlərinə görə, həcc ziyarətinin təşkilində və təhlükəsizliyin təmin edilməsində 17 mindən artıq təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edəcək və üç min texniki avadanlıq istifadə ediləcək.(Azərtac)

Açar sözlər:

Oxunub: 861