Naxçıvana gələn turistlərin sayı 4,3 faiz artıb


03:59     24 Avqust 2016 naxcivam.jpg

Naxçıvan Muxtar Respublikasına bu ilin yanvar-iyul aylarında gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.


Femida.azxəbər verir ki, bu il muxtar respublikaya 216 min 284 turist gəlib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 8910 nəfər çoxdur.
Xatırladaq ki, ötən il muxtar respublikaya gələn turistlərin sayı 389 823 nəfər, turist kimi gedənlərin sayı isə 117 654 nəfərə çatıb. 2010-cu ildə isə gələn turistlərin sayı 287634 nəfər olub.

Açar sözlər:

Oxunub: 1064