Türkiyə torpaqları iki dövlətə veriləcəkdi: Kürdüstan və Ermənistan


14:16     27 Sentyabr 2016 kurdustan%20ve%20ermenistan0.jpg

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı sensasion açıqlama ilə çıxış edib.


Femida.az xəbər verir ki, nazir ictimai təşkilatların nümayəndələri və sahibkarlarla görüşü zamanı çevrilişin məqsədinin Türkiyəni Ermənistan və Kürdüstan arasında bölmək olduğunu bəyan edib.

“Bu işğal cəhdinin sonunda hədəflənən şey Ermənistan və Kürdistandı. Türkiyənin bundan yüz il əvvəl çəkilən o xəritəsindəki bu xəyanət şəbəkəsi bu ruhunu və vicdanını satmış olan xain və onun istifadə etdiyi masaların səbəb olacağı nəticə Türkiyənin bölünməsinə gətirib çıxaracaqdı”, - deyə nazir vurğulayıb.

Nihat Zeybekci onu da deyib ki, 15 iyul illərdən bəri qurulan, bir oyunun, ssenarinin, son mərhələsi idi.

Femida.az

Açar sözlər:

Oxunub: 15771