Prezident və kral məşuqələrinin həyat hekayələri - FOTOLAR


20:33     27 Sentyabr 2016 6838_e6xokqhd95.jpg


Fahişəlik dünyada qədim peşə hesab olunur. Bu peşənin tarixçəsi bir neçə min illik ərzində formalaşıb. Hələ qədim zamanlarda qadınlar zəngin kişiləri nəzarətə keçirmək üçün fahişəlikdən istifadə ediblər. “Gecə kəpənəkləri” adlandırılan belə qadınlar hətta tarixdə iz də qoyublar. Femida.az Rusiya mətbuatına istinadən tarixin ən məşhur 10 fahişəsinin siyahısını təqdim edir:



Ölkəsini işğaldan qoruyan fahişə qadın...





1) Raav haqqında məlumata İisus Navinanın kitabında da rast gəlmək olur. Bu qadın İerixona divarlarının ətrafında yerləşən otel və fahişəxanaların sahibəsi idi. Hansı ki, həmin vaxt şəhər İisus Navinanın mühasirəsində idi. İisus şəhərə daxil olmazdan əvvəl qarşı tərəfin gücünü öyrənmək üçün iki nəfər casusu Raavın yanına göndərdi. Bu iki əsgər İisusun ən etibarlı insanları idi. Onlar fahişəxanaya gəldikdə Raavı orada tapmadılar. Həmin vaxt o arpa qalıqlarının arasında gizlənmişdi.O israil əsgərlərinin aqressiyasından qorxurdu. Buna görə də, oradan çıxıb evinin damında gizləndi. Gizlənən zaman qapısından qırmızı bir ip də asdı. Bu ip casusları həmin evə girməkdən yayındırmışdı. İndi də bu ənənə olaraq xatırlanır. Ölkədə məşhur olan bu fahişə qadın həm də xilaskar hesab olunur. Çünki o, ölkəsinin sirrini düşmənlərdən qoruya bilmişdi.


2) İsgəndərin “sağ əli” olan fahişə




Məşhur qadın Taisa Makedoniyalı İsgəndərin dövründə yaşayıb. O İsgəndərin çoxsaylı iştirak edib. Ancaq həqiqəti heç kəs bilmir. O İsgəndərə “işləyirdi” yoxsa?
Taisa orduda aparıcı hərbçilərdən birinin məşuqəsi idi. Ondan hətta Persepolun yandırılmasında da istifadə olunmuşdu. Taisa İsgəndərdən sonra ikinci adam hesab olunurdu. Bütün qətllərdə onun əlindən istifadə olunurdu.


3) Frina- Yunanıstandan olan fahişə





O, qədim Yunanıstanda çox tanınmış fahişə olub. Əsl adı Mnesareta olub. Mənası da “xoşbəxtlik” dir. Ancaq onu məhkəmədə dinsiz ittihamı ilə mühakimə edirlər. Həmin vaxt onu dövrün tanınmış natiqi olan Giperid müdafiə edir. Frina edam olunmağa az qalmış Gipered onun haqqında gözəl sözlər işlətmiş və bu gözəllik “İlahəsinin” öldürülməsinin günah olduğunu bildirir. Bundan sonra hakimlər fikirlərindən yayınmışlar.

4) Su Syasya - Çinin ən məşhur fahişəsi





Onu bəzən “Bala Suyu” da adlandırmışlar. O gözəlliyi ilə bir sıra Çin xalq dastanlarının qəhrəmanı olub. O, saysız-hesabsız kişilərlə əlaqədə olan qadın kimi tanınmışdı. Buna baxmayaraq həm də, gözəl şeirlər yazırdı. Bu gözəl qız 19 yaşında müalicə olunmayan xəstəlikdən ölüb. Su xəstəliyi barədə məlumat tutanda çox gec olmuşdu.


5) Mari Janna Bekyu – Fransanın dünyaca məşhur fahişəsi





Mari Janna Fransa inqilabı zamanı öldürülmüş XV Ludovikin məşuqəsi olmuşdu. Madam Dyubarri fahişəlik fəaliyyətinə Parisdə, zadəgan insanlarla münasibətlə başlamışdı. Onun məqsədi varlı bir adama məşuqə olmaq və titul əldə etmək idi. Bunun üçünsə ona nikah lazım idi. Bu səbəbdən də o, qardaşı ilə saxta nikaha girmişdi. Saxta sənədlərə görə, yaşını 3 yaş kiçiltmişdi və varlı bir ailəninn qızı olduğu qeyd olunmuşdu. Ancaq onun taleyi sona qədər gətirmədi. Fransa kralı ilə əlaqələrinə görə, 1793-cü ilin 8 dekabrında onun boynu vurulmuşdu.


6) Mariya Boleyn ingiltərli fahişə (1499-1543)





Bu məşhur fahişə qadın ingilis kraliçası Anna Baleyanın bacısı və Henrix VIII ikinci arvadı olub. O, seks ehtiyaclarına görə “ İngilis madyanı” adlandırılmışdı. İngilis və fransız krallarının sevimli məşuqəsi olub. Məlumatlara görə, o cinsi əlaqə zamanı, 40 yaşında olarkən ölüb. Onun dəfn olunduğu yer bu günə kimi heç kimə məlum deyil.


7) Veronika Franko – İtalyanın məşhur qadını (1546-1591)



Veronika Franko ali təhsil almış bir italyan qızı idi. Anası istəyirdi ki, qızını varlı bir kişiyə ərə versin. Onun ilk nikahı həkimlə olub. Ancaq bu ona uğur gətirmir. Ərindən ayrılan Vernonika yaradıcılıqla məşğul olmağa başlayır. Şeirlərindən ibarət kitablarını çap etdirməklə yanaşı, kimsəsiz uşaqlara kömək də edir. Lakin uğursuzluq onu izləyirdi. Məhkəmə onu cadügarlıqda ittiham edirdi. Ancaq o məhkəmədə özünü müdafiə etməyi bacardı və azadlığa çıxdı. Bundan sonra ona təqiblər başladı. Bu səbəbdən də italıyalı gözəl 1575-ci ildə Venesiyaya qaçdı. Həmin müddətdə bütün var-dövlətini itirdi və yoxsulluqudan küçədə vəfat etdi.


8) Meri Kelli (1863-1888)




İngiltərədə məşhur olan bu qadının ölümü həmin illərdə böyük əks-səda yaratmışdı. Belə ki, Meri manyak Cekanın sonuncu qurbanı olub. Manyak Cekanın öz edam üsulu var idi. Ceka qurbanlarının başını kəsir, daha sonra onların bədənini hissələrə ayırırdı. Ancaq Merini qətlə yetirərəkən daha dəhşətli mənzərə yaratmışdı : Merrinin başını kəsdikdən sonra onun qanı ilə ətrafa adını yazmışdı. Bədən hissələrini isə bölərək ətrafa düzmüşdü.

9) Katrin Uolters (1839-1920)




Katrin Uolters böyük bir nəslin sonuncu nümayəndəsi kimi İngiltərədə məşhur qadın olub.Gözəl və füsunkar bir qadın olmaqla yanaşı, at minməyi də gözəl bacarırdı. Bütün şəhər qadınları ona bənzəməyə çalışırdılar. Həm də çox dəblə geyinən bir qadın idi. Bu xüsusiyyəti çox zəngin insanlarla asanlıqla əlaqə qurmasına kömək olurdu.

10) Liza Leyp (1853-1917)




Amerikanın Ohayo ştatından olan bu qadın 8 dəfə ərdə olub.Onun keçmiş ərlərindən biri onun daimi görüşdüyü müştərisi olub. Hətta onun Amerikanın 29-cu prezidenti Uorren Hardinqin məşuqəsi olması faktı da var. O illərdə gələcək prezident qəzetlərin birində redaktor işləyirmiş. Həmin vaxt Hardinqin bir redaktorla problemi var idi. Onu ləkələmək üçün məhz Lizanın xidmətindən istifadə etmişdi. Onlar tez-tez Lizanın “Qırmızı quş” adlandırılan salonunda görüşürdülər. Ancaq prezidentlik dövründə onların əlaqəsi tamamilə kəsildi. Lizanın sonuncu əri onun var-dövlətini ələ keçirməyə çalışsa da, buna nail ola bilmədi. Amerikanın məşhur qadını 1917-ci ildə xəstəlikdən vəfat edib.


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 11992