Kartof yerinə narkotik becərdi: `Özüm əkəniyəm, çəkəniyəm`


17:58     28 Sentyabr 2016 kartof%20evezine%20narkotik.jpg

Saatlı rayonunun Musalı kənd sakini Məhəddin Abbasqulu oğlu Həsənov narkotik vasitə əkib-becərdiyinə görə polis tərəfindən saxlanılıb.


Femida.az ARB-yə istinadən xəbər veri ki, onun evinə baxış keçirilən zaman oradan yarım kiloqramdan artıq marixuana aşkarlanıb.

“Həsənov Məhəddin Abbasqulu oğlunun evindən 29 bükümdə, ümumi çəkisi 564 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb” deyə Saatlı rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Əvəzağa Məmmədov bildirib.

Məhəddin Həsənov narkotik vasitəni fərdi evinin həyətində kartof bitkilərinin arasında əkərək yetişdirib. O, əvəllər də narkotik vasitə əkib-becərdiyinə görə, məhkumluq həyatı yaşayıb. Marixuananı şəxsi istifadəsi üçün yetişdirdiyini deyən Mahəddin Həsənov bu dəfə əməlindən peşman olduğunu bildirib.

Saxlanılan şəxs - "Özüm bunun əkəniyəm, çəkəniyəm. Öz həyətimdə əkmişəm. Maydan sonrakı ayda. Elə əkdiyim yerdə qurutdum". Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 2308