Qubada zəncirvari qəza - Yaralılar var


01:54     29 Sentyabr 2016 qeza_yeni7.jpg

Qubada baş verən zəncirvari qəzada 2 nəfər xəsarət alıb.


Femida.az ARB Şimal-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralının rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində baş verib. Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi, "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Daha sonra Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi "Volkswagen-Passat" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZb-21099" markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1091