Türkmənistan səfiri Bakını tərk edir


02:03     29 Sentyabr 2016 2fb0a20bc0c432beab0ff0a804599edc.JPG

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


XİN-nin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, səfir Toylı Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Toylı Komekova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1143