ABŞ İraqa 600 hərbçi göndərəcək


02:45     29 Sentyabr 2016 abs%20iraq%20herbici.jpg

ABŞ İŞİD-lə mübarizə məqsədilə İraqa əlavə 600-dən çox hərbçi göndərəcək.


Femida.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib.

“ABŞ İŞİD terror qruplaşması ilə mübarizə məqsədilə, o cümlədən Mosul şəhərinin terrorçulardan azad edilməsi üçün İraqa əlavə 615 hərbçi göndərəcək. Hərbçilər yaxın həftələrdə İraqa yollanacaq”, deyə E.Karter bildirib.

Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarəti altındadır.

Femida.az

Açar sözlər:

Oxunub: 1665