OPEC ölkələri neft hasilatını donduracaq


03:43     29 Sentyabr 2016 opec3.jpg

OPEK ölkələri orta sutkalıq neft hasilatının 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə ediblər.


Femida.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata əsaəsn razılıq cari ilin noyabr ayından qüvvəyə minəcək. Təşkilatın digər neft ixrac edən ölkələrin bu sazişə qoşulmaq üçün təklif irəli sürəcəyi gözlənilir.

Qeyd edək ki, OPEK ölkələri hazırda gün ərzində 33,24 milyon barel neft hasil edə bilərlər. OPEK ölkələrinin qeyri-rəsmi görüşü çərşənbə günü, sentybarın 28-də, Əlcəzairdə baş tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 1071