FHN 35 nəfəri xilas etdi - Yenilənib
14:30 29 Sentyabr 2016
Sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Femida.az-ın FHN-nin saytlına istinadən xəbərinə görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.
Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 17 nəfəri azyaşlı olmaqla ümumilikdə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyi Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yeni məlumat yayıb.
Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin qurumları tərəfindən sentyabrın 28-də yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.
“Hazırkı vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub”, məlumatda deyilir.
Femida.az
Oxunub: 1269
Oxşar xəbərlər
- FHN alpinistlərin axtarışı ilə bağlı video yaydı
- FHN-dən alpinistlərlə bağlı AÇIQLAMA
- FHN-dən statistika: 9 ayda 108 ölü
- FHN-dən Lənkarandakı yanğınla bağlı məlumat
- FHN 2 azyaşlının köməyinə çatdı
- FHN və polis birgə əməliyyat keçirdi - Pişik xilas edildi
- FHN 24 yaşlı qadını xilas edib
- FHN iki azyaşlını xilas etdi
- FHN əməkdaşları təltif olunublar
- FHN-in əsgəri intihara cəhd edib