Qulaqcıqla gələn faciə - Qatar oğlanın üstündən keçdi


13:35     29 Sentyabr 2016 qatar%20adam%20vurdu.jpg

Sumqayıtdan Bakıya gələn sürət qatarının hərəkətində problem yaranıb. 08:00-da yola düşən Qatar bir neçə dəqiqə yolda gözləməli olub. Buna səbəb kimi Tbilisi-Bakı qatarının adam vurduğu bildirilib.


Femida.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bu faktı təsdiqləyib.

Qurum rəsmisi bildirib ki, səhər saatlarında Tbilisidən Bakıya gələn qatar paytaxt ərazisində cavan oğlanı vurub: “Həmin oğlan qulaqcıq taxdığı üçün qatarın gəldiyi bilməyib. Nəticədə qatar onu vurub. Oğlan hadisə yerində keçinib. Bu səbəbdən Sumqayıt-Bakı qatarının hərəkətində gecikmə yaranıb. Hazırda aidiyyatı qurumuların əməkdaşları hadisə yerində işləyir, qatarların hərəkəti bərpa edilib”.

Femida.az

Açar sözlər:

Oxunub: 2827