`Dedim ki, çıx get, içkilisən` - Əmisioğlunu armaturla döydü


15:32     29 Sentyabr 2016 dava%20(2).jpg

Qarşılıqlı mübahisə zamanı onlardan biri xəstəxanalıq olub. Digər ikisi isə baş verən olaya görə, qarşı tərəfi günahkar hesab edir.


Femida.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gədəbəy rayon sakini 50 yaşlı Ariz İbrahimov baş nahiyəsində çoxsaylı xəsarətlərlə Gəncə şəhər TTYX-ya gətirilib. Travmatologiya şöbəsinə yerləşdirilən xəstəyə həkimlər lazımi tibbi yardım göstərib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Şahin Quliyev - həkim: “Xəstənin qaş nahiyəsində və sağ təpə nahiyəsində əznik, eləcə də, belin sağ tərəfində sıyrıqlar qeyd olunub. Həmin xəstəyə yardım göstərilib və sonrakı müalicə üçün şöbəyə yerləşdirilib”.

Hadisə ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinə məlumat verilib. İlkin araşdırmalar zamanı yaralının əmisi oğlanları İlqar və Nizami İbrahimovla mübahisə zamanı xəsarət aldığı məlum olub. Ancaq əmi oğlanları bu faktı inkar edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1490