Müəllim üçün xoş xəbər - Maaş artırılacaq
17:34 29 Sentyabr 2016
Gələn il 26 şəhər və rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.
Femida.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında qeyd edilib.
Layihədə göstərilib ki, 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında, habelə Respublikanın 26 şəhər və rayonunda dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının dianqostik qiymətlərindirilməsi həyata keçiriləcək. Bunun üçün 2017-ci ilin dövlət büdəcisndən 80 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Növbəti mərhələdə isə Respublikanın qalan rayon və şəhələrində bu prosesin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, buna qədər müəllimlərin diaqnostik qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində, Gəncə, Sumqayıt, Şirvan şəhərlərində, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirbad rayonlarında keçirilib. Həmin şəhər və rayonların təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükü 12 saatdan 18 saata qədər çatdırılaraq onların maaşları 2 dəfəyədək artılıb.
Femida.az
Oxunub: 1394
Oxşar xəbərlər
- Müəllim valideyni məhkəməyə verib - Azərbaycanda
- Müəllimlərə ŞAD XƏBƏR
- Müəllimlərə ŞAD XƏBƏR
- Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik
- Müəllimlərə bir milyon `atan` qadının məhkəməsi oldu
- Müəllimlərin maaşı artırıldı
- Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq
- Müəllim məktəbi məhkəməyə verdi - QALİB GƏLDİ
- Müəllimin bıçaqlanması haqda xəbər təkzib edildi
- Müəllimlərin sentyabr konfransı keçirildi