Ölkədə bu xəstəliklərdən ölənlərin sayı artıb


17:57     29 Sentyabr 2016 xestexana_875.jpg

Azərbaycanda bütün ölüm hallarında qeyri-infeksion xəstəliklərin (QİX) payı 87% təşkil edir.


Femida.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov bildirib. O deyib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət və tendensiya digər dünya ölkələri ilə eyni səviyyədədir.

N. Seyidov qeyd edib ki, ölkədə qeyri-infeksion xəstəliklər arasında ürək-qan-damar xəstəlikləri üstünlük təşkil edir: “Son 15 il ölkədə əmək qabiliyyətli yaşda ölənlərin sayı artıb. Belə ki, 2000-ci ildə 12084 nəfər vəfat etmişdisə, 2015-ci ildə bu rəqəm 16684 nəfər olub. Ölüm səbəbləri arasında qan-damar xəstəlikləri üstünlük təşkil edib. Son 15 ildə ürək-qan-damar xəstəliklərindən ölənlərin sayı 2500 nəfərdən çox (2000-ci ildə 4414 nəfər, 2015-ci ildə isə 6974 nəfər) artıb”.

N. Seyidovun sözlərinə görə, hesablamalar əsasən 2025-ci ilədək dünyada 20 milyon insanda yeni xərçəng xəstəlikləyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəlirli ölkələrdə baş verəcək. Azərbaycan orta gəlirli ölkələrə aid edildiyindən, bu halların bizdə də müşahidə olunması gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1318