• Ana səhifə / Manşet

Xəbər lenti

Belə inanca hörmət etmirəm – Günay Arda yazır


Tarix 06.10.16, 17:00



(Bu yazını islamın xoşgörüsünə, tolerantlığına və qadınlara tanıdığı böyük hüquqlara güvənərək yazıram.)

Qısa xronologiya. Tarixdə türk-ərəb müharibələri:
- 100.000 türk qətlə yetirilib.
- 50.000-dən çox türk gənci kölə və cariyəyə çevrilib.
- Şəhərlər yağmalanıb. “Qənimət” adı ilə xalqın malı talan edilib.
- Tarixi mənbələr məhv edilib, yandırılıb.
- Dünyanın ən böyük qətliamı olan “Talkan qətliamı”da 40.000 türk qətlə yetirildi. 24 km yol boyunca türklər ağaca asılıb.
- “Curcan” qətliamında 40.000 türkün çay kənarında başı kəsilib çaya atılıb. Çayın suları türk qanı ilə qıpqırmızı rəng alıbmış.
- “Təslim olsanız, canınız bağışlanacaq” sözü heç bir ərəb müharibəsində yerinə yetirilməyib. Nəticədə qadınlı-uşaqlı hamı qılıncdan keçirilib.
- Ərəblər yağmalamadan əldə etdikləri qəniməti ən çox türklərdən qazanıb.
- Türk tarixi ərəblərdən gördüyü zülmü, işgəncəni, talançılığı çinlilərdən də görməyib.


Bu qanlar islam uğrunda axıdılıb. Yağmalama, zorlama islam üçün həyata keçirilib. Səbr, xoşgörü, insan haqlarının müdafiəçisi olan din əsrlərlə əjdaha kimi ağzını açıb, qurbanlar tələb edib. İslam yarandığı gündən prinsiplərini dəyişməyib, bəzən Hizbullah, HAMAS, PKK, Əl-Qaida, Taliban, bəzən də İŞİD adı ilə dinini yayıb, qan töküb, torpaq işğal edib.

Bir nəfərin ölümü faciə, 100.000 nəfərin ölümü isə statistikadır. Oxuduqlarınız da türk dünyası üçün əsrlərdir ki, quru rəqəmlərdən başqa nəsə ifadə etmir. Yoxsa türklər bu qədər qanın tökülməyini, yağmalamanı İslam adına cihad elan edib bağışlamazdı.

İslam hər addımda anlayış və tolerantlıq tələb edir. “Sənin dinin sənin, mənim dinim mənimdir” deyir. İslama inanan müsəlmanlar isə “Sizdən olmayanlar yanınızda olanadək savaşın” deyirlər. Qeyri-müsəlmanlarla dostluq etməyin deyir.

Başqa bir xronologiyaya diqqət edək: 60 il ərzində 11 milyon müsəlman öldürülüb. 11 milyonun 35.000-ni İsrail, qalan 10.965 –ni digər müsəlmanlar öldürüb.

Bu hadisələr, islam adına axıdılan qanlar haqqında danışılanda hamının bircə əzbər bildiyi cümlə var: “İslam ayrı, müsəlmanlar ayrı. Müsəlmanlar yox, İslam mükəmməldir”. Madam ki, islam mükəmməldir, necə olur ki, 1400 il ərzində 1 milyarddan çox insan bu dini səhv anlayır? Belə çıxır ki, 1 milyarddan çox insanın anlamaq problemi var. Və ya islamın hüdudları o qədər genişdir ki, normal insan beyni onu qəbul edə bilmir. Bu səbəbdəndir ki, müsəlmanlar hər şeyi səhv başa düşüb. Dişə-diş qan tökmək, sənin inandığına başqalarının da inanmağını təmin etmək üçün sonadək vuruşmağı müsəlmanlar “Quran”a əsaslandırır.

İnanmaq mücərrəd, inanmamaq isə konkretdir. İnanmamaq olmayanı var saymır, beyni bulanıq dumanlığa itələmir. İnanmamaq sabitlikdir, insanı inandıqlarına görə vuruşmağa, savaşa, müdafiə olunmağa sürükləmir. İnanmamağa görə məsuliyyət daşımaq ağlasığmazdır. İnanmadığına hörmət etmək anlayışı isə yoxdur. Ümumiyyətlə, insan haqlarının təməl prinsipi insanın can sağlığını, yaşamaq hüququnu təmin etməkdir. İnsan haqlarını araşdırın, inanca hörmət etmək deyə bir anlayışa rast gələ bilməzsiniz.

Çox dərinə getsək, mənim hər addımda “Yandırın, savaşın, dağıdın” çağırışları olan ideyaya hörmət etməyim öz şəxsiyyətimə qarşı hörmətsizliyim olardı. Şəxsiyyətə qarşı hörmətsizlik isə islamın da xoşuna getməzdi.

İnancın təməli qorxudur. İlk insan qorxduğu təbii hadisələrdən, fəlakətlərdən, gücü çatmayanlardan yaratdığı inanca sığınıb. Gücsüzlük üstələdikcə inanc artır. İndi təbii fəlakətlərdən qorxmayan insanlıq nüvə silahından, atom bombalarından, narkotikadan, HİV-dən inanca sığınır. İnsanlığa gələn hər bəla inancın qanı, mexanizminin yanacağıdır.

Bəs inanc xilas edirmi? Edirsə, mənə Norveçdəki zülmdən ailəsi ilə birlikdə Suriyaya köçən ailə göstərin. O ailə ki, inandığına sığınıb, bombalar altında dayanmadan uşaq dölləyir.

İnanc xilas edirsə, dəstə-dəstə müsəlmanlar kafir Avropaya üz tutmasın, ailəsi ilə birlikdə Məkkəyə getsin...

İnanc xilas edirsə, yetkinlik yaşına çatmamış türkmən qızlarını əliqılınclı, dili təkbirli kişilər zorlamasın.

İnanc çıxış yoludursa, dünyada sevişdiyinə görə heç bir qadın şallaqlanmasın, daş-qalaq edilməsin.

İnanc hörmət tələb edirsə, namazdan sonra dindar dayılar oğlanbazlıq üçün şəhər meyxanələrinə üz tutmasın.

“Türk tanrısız olmaz” cümləsini kim deyib, bilmirəm. Amma əminəm ki, türkün inancı onu terror törətməyə sövq etməzdi. Hazırda Türkiyədə tökülən qanlar, terrorlar “Curcan” və “Talkan”nın davamıdır. İstanbul küçələrində ərəblər türklərdən daha təhlükəsiz həyat yaşayır. Türkiyədə islam yox, ərəb var. Ki, islam demək, elə ərəb deməkdir. Türkiyə can üstədir. Türkiyə ərəbləşdirilir, Türkiyənin qanı dəyişdirilir...

Günay Arda

Xəbərin oxunma sayı : 4603










img

`Ermənilər onun dişini özünə çəkdirdilər` - Xocalının canlı şahidi danışır (VİDEO)

img

Sorğu

Tutduğunuz vəkildən razı qalmısınız?

Səs ver
Nəticəyə bax
img
img