Korrupsiyaya qarşı mübarizədə - Yenilik


16:47     14 Oktyabr 2016 892dd7d0cae3450c2e1492788ee62161korrupsiya4.jpg

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanununa korrupsiya üzrə hüquqpozmalar barədə məlumat vermə ilə bağlı dəyişiklik edilib.


Femida.az xəbər verir ki, layihə barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Dəyişiklik layihəsinə əsasən, qanuna 11-1 maddə əlavə edilib. Maddədə göstərilir ki, korrupsiya ilə əlaqadar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən ediləcək.

Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətlli struktur bölmə ona daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində məlumatı araşdırıb və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirəcək.

Maddə 11-2-də isə qeyd edilib ki, səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 2758