Nazir şəhidin məzarını ziyarət edib, ailəsinə ev verdi
18:33 20 Oktyabr 2016
Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Laçın rayonunun Qarakeçdi kəndində doğulan Ülvin Məmmədovun ailəsi üçün yaşadıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni fərdi yaşayış evi inşa edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov, Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli və Taxtakörpü qəsəbəsinin sakinləri şəhid Ülvin Məmmədovun məzarını ziyarət edib, məzarı üstünə əklil qoyublar.
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ETSN-nin sifarişi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yeni inşa olunmuş fərdi yaşayış evinin açarı şəhidin ailəsinə təqdim olunub. Qeyd edək ki, ümumi sahəsi 18 sot olan torpaq sahəsində inşa edilən 80 m2-lik 3 otaqlı ev hər cür şəraitlə təmin olunub və həyətyanı sahədə 60 ədəd meyvə və dekorativ ağac əkilib.
Şəhid Ü.Məmmədovun ailəsi həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Oxunub: 43339
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazir müavininin kürəkəninin intihar səbəbi bəlli oldu - Təfərrüat
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazir Zərdaba gedir
- Nazirliyə 23 mindən çox müraciət daxil olub
- Nazir uşaq ölümündən danışdı
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazir ön xəttdə yoxlama apardı
- Nazirlik əhaliyə müraciət etdi
- Nazir İmişlidə görüş keçirdi