Şabranın DYP rəisi işdən çıxarılıb


00:42     21 Oktyabr 2016 dypppp.jpg

Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.


Femida.az `Report`-a istinadən xəbər verir ki, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.

Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.

Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 3007