Türkiyə vətəndaşı ölkəsinə təhvil veriləcək


17:27     21 Oktyabr 2016 hokm3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə cinayət törətdiyinə görə axtarışda olub Azərbaycanda həbs edilən Engin Said Dudunun məhkəmə prosesi keçirilib.


Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin ölkəsinə ekstradisiya olunması haqqında qərar verilib.

Qeyd edək ki, 32 yaşlı Türkiyə vətəndaşı Engin Said Dudu xaricə getmək istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. O, Türkiyə Cinayət Məcəlləsinin 7 maddəsi ilə axtarışda olub.

Femida.az

Açar sözlər:

Oxunub: 783