Venesuela prezidenti Azərbaycana gəlir – 4 günlük səfər


17:31     21 Oktyabr 2016 venesuela6.jpg

Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.


Femida.az xəbər verir ki, bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilir.

Bildirilib ki, səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumata əsasən Maduro öncə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər zamanı onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro cümə axşamından etibarən səfərə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək.


Femida.az

Açar sözlər:

Oxunub: 2150