SOCAR: Əhali qazdan çox istifadə edir


19:47     21 Oktyabr 2016 1432729161_qaz.jpg

"Son günlər hava şəraitinin kəskin dəyişməsi nəticəsində əhaliyə verilən təbii qazın həcmi həddən çox artıb".


Femida.az xəbər verir ki, bunu SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib.

Onun sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyinin qaz sistemi qış rejiminə keçmək üzrədir. Qış rejiminə noyabrın 15-də keçiləcəyini bildirən vitse-prezident vurğulayıb ki, havaların soyuması nəticəsində əhalinin qaza olan tələbat artdığından hazırda SOCAR yeraltı qaz anbarlarına vurulan qazın miqdarı azaldılıb: "Biz bu gün qazın böyük miqdarını əhaliyə veririk".

R. Qurbanov gündəlik olaraq əhaliyə 16-17 mln. kubmetr təbii qaz verildiyini açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4334