Hakim olmaq istəyənlərin nəzərinə - qaydalar dəyişdi


20:13     21 Oktyabr 2016 18ABBD13-5440-4E71-AE5C-BEDAB132F131_cx16_cy12_cw79_w987_r1_s_r11.jpg

“Parlamentin müzakirəsinə “Məhkəmələr və hakimlər” haqqında Qanuna dəyişikikliklər edilməsi barədə layihə təqdim edilmişdir. Layihədə həmdə hakim vəzifəsinə namizəd olmaq istəyənlər üçün yeni tələblər müəyyən edilir”.


Bu sözləri millət vəkili Vüsal Hüseynov öz feysbuk səhifəsində qeyd edib.

Vüsal Hüseynov bildiri ki, hakim vəzifəsindən intizam qaydasında azad edilmiş şəxslər artıq hakim ola bilməyəcəklər:

“Məlumat üçün, hakimlərin işlərə baxarkən qanunvericiliyin tələblərini pozması, hakim etikasına riayət etməməsi, əmək və icra intizamı ilə bağlı qanunvericliyin tələblərini pozması və “Məhkəmələr və hakimlər haqqında” Qanunla müəyyən edilmiş digər hallar hakimi intizam məsulliyyətinə cəlb etmək üçün əsasdır. Yəni bu hallara yol vermiş Hakim barəsində aparılmış intizam icraatının nəticəsində hakimin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilə bilər”.

Millət vəkili onu da əlavə etdi ki, aşağıdakı halda hakimlərin iş müddəti ömürlük uzadıla bilər:

“Həmçinin qüvvədə olan qanunvericiliyə əsasən, hakim vəzifəsinə namizədlər imtahan və təlimlərdən müvvəfəqiyyətlə keçdikdən sonra ilk dəfə üç il müddətinə təyin olunurlar. Bu müddət bitdikdən sonra keçirilən qiymətləndirmə nəticələrində fəaliyyətləri ilə bağlı çatışmazlıq aşkar edilməzsə, hakimlərin iş müddəti ömürlük uzadılır. Təklif edilən layihəyə əsasən, həmçinin ilkin 3 il müddətinə təyin edilmiş hakim yuxarıda qeyd edilən bu qiymətləndirmədən keçməzsə, yəni onun müddəti uzadılmazsa, bu halda o, 5 il müddətinə təkrar hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda iştirak edə bilməz”.

Vüsal Hüseynovun fikrincə, hər iki müddəa hakimlərin fəaliyyətlərində daha məsuliyyətli olmasına töhfə verəcəkdir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 7994