Şəmkirdə yarmarkada yandı


01:22     22 Oktyabr 2016 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64040.jpg

Şəmkirdə yanğın olub.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunda vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən kənd təsərrüfatı məhsulları satışı yarmarkasının ərazisində ümumi sahəsi 1300 m2 olan talvarın yanar konstruksiyaları 10 m2 sahədə, talvarın altında həcmi 200 litr olan 1 ədəd yağ çəlləyi və talvara bitişik taxta konstruksiyadan ibarət ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Talvarın qalan hissəsi və hər birinin həcmi 200 litr olan 4 ədəd yağla dolu çəllək yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 939