Rusiyada təyyarə qəzaya düşdü - Son dəqiqə


01:58     22 Oktyabr 2016 teya4.jpg

Göyərtəsində 22 nəfərin olduğu “Mi-8” tipli təyyarə Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində qəzaya düşüb.



Femida.az “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, ekipaj üzvləri ilə əlaqə kəsilib. Təyyarənin məcburi enişi barədə təyyarədəki sərnişinlərdən biri məlumat verib.

Qəza nəticəsində xəsarət alanların sayı dəqiq deyil.

Təyyarənin “Skol” aviaşirkətinə məxsus olduğu qeyd olunur.

Açar sözlər:

Oxunub: 1243