37 yaşlı qadını maşın vurdu


02:45     22 Oktyabr 2016 tecili%20yardim44.jpg

Siyəzən rayonunda piyadanı maşın vurub.

Femida.az -ın "Report"a istinadən məlumatına görə hadisə Siyəzən-Zarat yolunun Beşdam kəndi ərazisindən keçən 11-ci km-də baş verib.
Belə ki, Siyəzən rayonu, Beşdam kənd sakini, 1979-cu il təvəllüdlü Cəfərova Bibixanım Elman qızı yolu keçmək istəyərkən "53-AA-076" dövlət qeydiyyat nişanlı "KİA Rio" markalı minik maşını tərəfindən vurulub. Sürücünün kimliyi barədə hələlik məlumat yoxdur.
Xəstəxanadan verilən məlumata görə, xəstə müştərək qapalı kəllə-beyin travması, alın nahiyəsinin çapılmış yarası, aşağı ətrafların sıyrılmış yaraları diaqnozu ilə stasionar müalicəyə cəlb olunub.
Faktla bağlı Siyəzən Polis şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1028