4 otaqlı ev yandı


03:12     22 Oktyabr 2016 yangin-ev3.jpg

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Muğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının aynabəndinin və dəhlizinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 745