Ana 2 qızını qaçırıb İŞİD-ə qoşuldu - Azərbaycanlı uşaqların şok videosu


03:22     22 Oktyabr 2016 qəza-4-346.jpg

“Ata, sənin üçün çox darıxıram. Səni qucaqlayıb öpmək istəyirəm. Birdən bura bomba atsalar səni bir də görə bilməyəcəm”.



Bu ifadələr anası tərəfindən Suriyaya qaçırıldığı deyilən 5 yaşlı qızcığazın atasına göndərdiyi videodandır. Lalə Yusifova votsap vasitəsilə bu görüntüləri atası 39 yaşlı İlqar Yusifova Suriyadan göndərib.

Xırdalan şəhərində yaşayan İlqar Yusifovun sözlərinə görə, həyat yoldaşı Pərvanə Əhmədova qonşuluqda yaşayan, özünü dindar insan kimi tanıdan qadınla yaxınlıq edənə kimi ailəsində hər şey yaxşı olub. Məhz bundan sonra evdə problemlər yaşanıb və bu, 2014cü ildə ailənin dağılması ilə nəticələnib.

İlqar Yusifov iddia edir ki, boşandıqdan bir neçə ay sonra Pərvanə Əhmədova 2 övladı - 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə ilə birlikdə yoxa çııxb.

O, deyir ki, heç bir sənədi olmayan keçmiş həyat yoldaşı və uşaqları ölkədən qaçaq yolla çıxarılıb. Ata iki qızından ən son xəbəri 3 ay öncə alıb.

Yusifov qeyd edir ki, uşaqları İŞİD silahlılarına məxsus silah-sursatlarla şəkillər çəkdirdirlər.
Femida.az xezerxeber-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:





Açar sözlər:

Oxunub: 4649