`Pakistan Xocalı soyqırımını tanıyan ilk ölkədir `- Xocalı Pakistan mətbuatında


03:43     22 Oktyabr 2016 xocali_1_6914877001_83ec1f1d8e6.jpg

Pakistanın “Lead Pakistan” qəzetində Mahmud Ul-Hassan Xanın “Azərbaycan-Pakistan ikitərəfli münasibətləri: perspektivlər və imkanlar” sərlövhəli məqaləsi dərc olunub.



Məqalədə bildirilir ki, bu il Azərbaycan ilə Pakistan arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi tamam olur. Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, texnoloji, təhlükəsizlik və digər sahələri əhatə edir. Hərbi sahədə əməkdaşlıq ikitərəfli münasibətləri daha da gücləndirib və əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Azərbaycan-Pakistan dostluğunun əsası iki ölkənin böyük liderləri - dünya şöhrətli siyasətçi Heydər Əliyev və Benazir Bhutto tərəfindən qoyulub və bu gün əlaqələr uğurla inkişaf etdirilir.

Qeyd olunub ki, Pakistan Ermənistanın təcavüzkar siyasətini pisləyir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Bundan başqa, Pakistan Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı ermənilərin törətdiyi soyqırımını pisləyən qətnamə qəbul edib.

Bildirilir ki, Pakistan Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk ölkədir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı hələ də müstəqil dövlət kimi tanımayıb.

Məqalədə Azərbaycanın neft strategiyası, ölkəmizin iqtisadi inkişafı haqqında da məlumat verilir.(Azərtac)

Açar sözlər:

Oxunub: 27096