Mal-qara oğruları tutulub


04:48     22 Oktyabr 2016 hebs%20edildi63.jpg

Zərdabda mal-qara oğruları tutulub.


APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Məlikmudlu kənd sakini Vəzir Novruzov 14 oktyabr 2016-cı ildə kənd ərazisində yerləşən otlaq sahəsindən ona məxsus 6 baş iri buynuzlu heyvanını oğurlanması barədə 16 oktyabr 2016-cı ildə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.

Zərdab Rayon Poliş Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayonunun Şordəhnə kənd sakini Bərşad Bəhmən oğlu Nəcibov və həmin rayonun Qulbəndə kəndində məskunlaşmış məcburi köçkün Sənan Bəylər oğlu Şükürov tutulublar.

İlkin dindirmə zamanı oğrular mal-qaranı Ağdaş rayonun da yerləşən mal bazarında satdıqlarını etiraf ediblər. Zərdab Rayon Polis Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 910