• Ana səhifə / Manşet

Xəbər lenti

Qlobal Korrupsiya Barometri: Azərbaycanda korrupsiyanın səviyyəsi azalıb


Tarix 16.11.16, 13:44


“Beynəlxalq Şəffaflıq” təşkilatı 2016-cı il üçün Qlobal Korrupsiya Barometrininin nəticələrini təqdim edib. Hesabatda qeyd edilir ki, Ermənistan, Bosniya və Herseqovina, Litva, Moldova, Rusiya, Serbiya və Ukrayna korrupsiyanın səviyyəsinin ən yuxarı hesab olunduğu ölkələrdir.


Femida.az xəbər verir ki, sorğunun Azərbaycana aid nəticələri isə ölkəmizdə müəyyən əhəmiyyətli irəliləyişlərin olduğunu qeyd edir.

Belə ki, respondentlərin 79%-i korrupsiyanın ciddi problem olmadığını qeyd ediblər. Eyni zamanda sorğuda iştirak edənlərin 45%-i Azərbaycanda korrupsiyanın səviyyəsinin azalmasını bildirib və respondetlərin yalnız 15%-i həyata keçirilən antikorrupsiya fəaliyyətini təsirli hesab etməyiblər.

Ümumilikdə, sorğunun nəticələri onu göstərir ki, Azərbaycanda korrupsiyanın səviyyəsi azalır və ən az korrupsiyalaşmış sahə dövlət xidmətlərinin təqdim edilməsi kimi göstərilib. Polis və məhkəmə sistemində korrupsiyanın səviyyəsi əhəmiyyətli azalması göstərilib.

Regional soruğunun nəticələrindən (33%) fərqli olaraq, ölkəmizdə sorğuda iştirak edənlərin yalnız 11%-i vəzifəli şəxslər və siyasətçilərin korrupsiyalaşmadığını bildiriblər. Bundan əlavə, Azərbaycanlı respondentlərin 10%-i biznesləri korrupsiyalaşmış hesab edir ki, bu da əvvəlki illərlə müqayisədə irəliləyiş təşkil edir.

Femida.az

Xəbərin oxunma sayı : 4771









Cəmiyyət
img

Baramaçılıqda yeni dövr - Kəndlilər böyük pullar qazanacaq (VİDEOREPORTAJ)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img