Terror barədə yalan məlumat verəni hansı cəza gözləyir? - Vəkildən açıqlama


15:36     28 Dekabr 2017 25358558_1518285424915744_4642812182255767945_o.jpg

Son illər ərzində metroya və insanların toplandığı digər ictimai yerlərə partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumatlar verilməsini haqqında xəbərlər yayılır.


Yalan məlumatı verən şəxslər bəlkə də bunun nəticələrini dərk etmirlər.Femida.az məsələnin hüquqi təərfinə aydınlıq gətirəcək. Bu cür yalan məlumatı yayn şəxsləri hansı cəza gözləyir?

Mövzu ilə bağlı sualı vəkil Asif Abdullayev şərh edib.





“Bu cür şəxslər bilməlidilər ki, onlar məsuliyyətdən yayına bilməyəcək və əməliyyat tədbirləri nəticəsində müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər.

Cinayət məcəlləsinin 216-cı maddəsinə əsasən, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat verməyə görə - 5ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.”


Mircəlal Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 5819