Qarabağda nə baş verib? - 3 erməni əsgəri ölümcül yaralandı


13:18     02 Dekabr 2016 ermeni%20yarali16.jpg

Qarabağda düşmən ordusunun üç hərbçisi ölümcül yaralanıb.



Femida.az bildirir ki, bunu mətbuata Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının rəisi Aram Asaturyan deyib.

Onun sözlərinə görə, həqiqi hərbi xidmətin iki qulluqçusu- 19 yaşlı Karapet Mikaelyan və 24 yaşlı Kadjik Badalyan ağır vəziyyətdə hospitalına köçürülüb. Karapet Mikaelyan baş nahiyəsindən yaralanıb, Kadjik Badalyan isə qarın hahiyəsindən güllə yarası alıb, onun sağ ombası zədələnib.

Daha bir yaralı hərbi qulluqçu, 32 yaşlı Qaqik Poqosyan Xankəndi hospitalındadır. Dağlıq Qarabağda yaralanan erməni hərbi qulluqçuların vəziyyəti ağır-stabil olaraq qalır.









Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 13308