Türkiyə daha 3 şəhid verib


16:34     02 Dekabr 2016 1440398928_sehid-turk.jpg

Türkiyə təhlükəsizlik qüvvələri Hakkari vilayətində, İraq sərhəddindəki Güvən dağında PKK terrorçularına qarşı əməliyyat keçirir.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında əməliyyatda iştirak edən əsgərlərlə PKK terrorçusu arasında atışma olub. Nəticədə 3 əsgər şəhid olub, 3 əsgər yaralanıb. Qırıcı təyyarələr terrorçuların olduğu əraziyə aviazərbələr endirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Antiterror əməliyyatı davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1819