Kanadada müsəlman gənci ölümcül döydülər


18:58     02 Dekabr 2016 kanadada.jpg

Kanadanın Hamilton şəhərində 15 yaşlı bir müsəlman iki nəfər tərəfindən zorakılığa məruz qalıb.


Hamilton polisindən verilən məlumata görə, Pakistan əsilli ailənin 8 uşağından biri olan və bəzi yarışlardan akademik mükafatlar qazanan Saltfleet Liseyi ikinci kurs tələbəsi Nuh Rəbbani, 26 noyabrda gecə saatlarında iki nəfərin hücumuna məruz qalıb.

Rəbbaniyə beysbol dəyənəkləri hücum edənlər, kəllə, çənə və qabırğalarını sındırıb. Hadisədə tələbənin onurğa beyninin də zərər gördüyü müəyyən olunub. Hücudan sonra xəstəxanaya çatdırılan və ilk olaraq beynində toplanan qan alınan Rəbbaninin müalicəsi davam edir. Nuh Rəbbaninin müalicə xərcləri üçün də yardım kampaniyası başladılıb. Onun müalicəsi üçün lazım olan 30 min Kanada dollarını təmin etmək məqsədilə əmisi oğlu tərəfindən internetdə başladılan kampaniyada saatlar ərzində 33 min dollardan artıq pul toplanıb.

Rəbbaniyə hücum edən iki nəfərin görünüşlərinin müəyyənləşdirildiyi və yaxalanmaları üçün yerli polisin işlərinin davam etdiyi bildirilib. Bu arada, Rəbbaniyə edilən hücuma 4 dekabrda keçiriləcək aksiyada etiraz ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1075