Prokuror Maşallah Əhmədova 9 il həbs istədi


19:23     02 Dekabr 2016 masallah_ehmedov_2563.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az -ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb.

M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 1041