Sürücülərin nəzərinə: Bu yollarda sürət həddi endirilib


20:02     02 Dekabr 2016 suret_heddi_271114_01.jpg

Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.


Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı zolaqda 80 km/saatdan 60 km/saata endirilib.

Zığ dairəsi-Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1161