Qənirə Paşayeva Türkiyədən gələn nümayəndələrlə görüşüb


22:12     02 Dekabr 2016 f717f152d8c9c94546014e9a21bc472c.jpg

Azərbaycanda səfərdə olan Pamukkale Teknokent heyəti millət vəkili Qənirə Paşayeva ilə görüşüb.


Femida.az -ın məlumatına görə, Q. Paşayeva qonaqlara ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub.

“Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistanın işğalı altındadır və biz işğal altındakı o gözəl bölgələrimizə gedə bilmirik, qardaş Türkiyədə isə terrorla mübarizədə çoxlu sayda qardaş-bacılarımız həyatını itirib”, deyən millət vəkili Türkiyədə terrorla mübarizədə həyatını itirmiş insanlara Allahdan rəhmət diləyib.
Görüşün sonunda Q. Paşayeva qonaqlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edib.

Açar sözlər:

Oxunub: 937