Notbuk oğrusuna 7 il həbs verildi


22:30     02 Dekabr 2016 ogru%20(1)96.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.



Femida.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə R.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə təqsirləndirilir. O, mağazalardan notbuk oğurlayaraq satmaqda ittiham edilir.

Açar sözlər:

Oxunub: 883


Oxşar xəbərlər