Bankların borcu artıb


22:39     02 Dekabr 2016 merkezi-bank8.jpg

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Mərkəzi Bankına (AMB) olan öhdəlikləri 2016-cı il noyabrın 1-nə 7 507 mln. manat təşkil edib.


Femida.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 263,5 mln. manat və ya 3,63%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 2 684,5 mln. manat və ya 55,66% artıb.
Bu ilin əvvəlinə nisbətən kommersiya banklarının AMB qarşısında öhdəlikləri 2 132 mln.manat və ya 39,66% artıb. Artımın əsasən banklara dollarla verilən kreditlər hesabına yarandığı ehtimal edilir.

Açar sözlər:

Oxunub: 967