Əlilliyi olan 5880 şəxsə avtomobil verilib


23:00     02 Dekabr 2016 ombudsman-aparati-tedbir-2.jpg

Ombudsman Aparatında "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya - 10 il: görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda dəyirmi masa keçirilib.



Femida.az-ın xəbərinə görə, ombudsman Elmira Süleymanova Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları sahəsində aparılan islahatlar haqda çıxış edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, 2018-ci ilə qədər növbədə duran hər bir Qarabağ əlili mənzillə təmin olunacaq: "Bu günə qədər 5000-ə yaxın bu təbəqədən olan insan mənzillə təmin edilib".

Nazir müavini qeyd edib ki, ümumilikdə 5880 nəfər Qarabağ, Çernobıl, Böyük Vətən müharibəsi, 20 Yanvar əlilinə avtomobil verilib: "Bunlardan 2063 nəfərə avtomobillər 2014, 2015 və 2016-cı illərdə paylanıb".

Daha sonra Həmkarları İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov "Əliliyi olan şəxslərin hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu" mövzusunda məruzə ilə çıxış edib.

Tədbir müzakirələrlə davam etdirilib.

Açar sözlər:

Oxunub: 1192