Mikayıl Cabbarov Qətər səfirini qəbul edib


23:37     02 Dekabr 2016 04-02.12.16-01.jpg

Dekabrın 2-də təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 932