Mərkəzi Bank hərrac keçirəcək


02:33     03 Dekabr 2016 dollar%20herrac.jpg

Dekabrın 7-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.


BFB-dən Femida.az -a verilən məlumata görə, hərraca çıxarılan bir notun nominal dəyəri 100 manat, ümumi həcmi 75 mln. manat təşkil edir.

Notların tədavül müddəti 29 gün, ödəmə tarixi 5 dekabr 2017-ci ildir.
Mərkəzi Bank qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1167