Hesablama Palatasının kollegiya iclası keçirilib


00:33     03 Dekabr 2016 hesablama-palat_com.jpg

Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.


Palatadan Femida.az -a verilən məlumata görə, iclasda Dünya Bankının krediti cəlb edilməklə həyata keçirilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi" layihəsi üzrə vəsaitlərin istifadəsinə dair; Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsindən maliyyələşən suvarma sistemləri idarələrinin fəaliyyətinin, suvarma suyunun sudan istifadə edənlər birliklərinə və su istehlakçılarına satışının vəziyyətinin təhlilinin nəticələrinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Kollegiya iclasında, həmçinin cari məsələlər də müzakirə edilib, müvafiq tövsiyələr verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 904