Din xadimləri Heydər məscidində namaz qılıblar


00:26     03 Dekabr 2016 0cfceed6a17a47a80aa1faca1e93abd2.jpg

“Qafqazda tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda keçirilən konfransda iştirak etmək üçün Azərbaycana gələn Rusiya Federasiyası Şimali Qafqaz respublikasından olan müftilər və din xadimləri Bakıdakı Heydər məscidini ziyarət ediblər.


Femida.az -ın Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinə istinadən məlumatına görə,QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev dindarlar qarşısında xütbə edib.

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Heydər məscidində qılınan cümə namazında iştirak edib, dünyada və regionda sülhün, sabitliyin möhkəm olması, xalqlarımızın rifahı üçün dualar oxuyublar. Qonaqların səfəri başa çatıb.

Açar sözlər:

Oxunub: 992