Bakıda müstəqillik günü qeyd edilib


02:56     03 Dekabr 2016 3-3.jpg

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin müstəqillik günü qeyd edilib


Bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Femida.az-ın xəbərinə görə, Milli Məclisin deputatları, səfirlər və ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi bildirib ki, 45 il ərzində ölkəsi böyük uğurlara imza atıb. Onun sözlərinə görə, bu illər ərzində Birləşmiş Ərəb Əmirlikləri dünyada bir çox etibarlı dostlar qazanıb ki, bunlardan biri də Azərbaycandır: "Buna parlaq nümunə kimi Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərini göstərmək olar. Bu il ölkəmizdən Azərbaycana gələn turistlərin sayı 100 dəfə artıb. Səfirlik iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmək niyyətindədir".

Sonra çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev BƏƏ-ni milli bayram münasibətilə təbrik edərək bildirib ki, bu gün iki ölkə arasında bütün əlaqələr yüksək səviyyədə və uğurla inkişaf edir. "Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda qeyri-neft sektoruna 659 milyon dollar investisiya yatırıb. Azərbaycan isə 100 milyon dollarlıq investisiya yatırıb. Son vaxtlar iki ölkə arasında turizm sahəsində əlaqələr də sürətlə inkişaf edir".

Femida.az

Açar sözlər:

Oxunub: 1017