Yunanıstanda bütün dəniz səfərləri dayandı


02:08     03 Dekabr 2016 yunanistan.jpg

Yunanıstanda liman işçilərinin tətilinin başlaması ilə bütün dəniz səfərləri dayanıb, ticarət gəmiləri isə yüklərini boşaltmaq üçün regiondakı başqa limanlara yönəlib.


Yunan Dənizçilər Federasiyasından (PNO) bildiriblər ki, tətilə görə ölkənin bütün limanlarında bu gün səhərdən başlayaraq 4 dekabra qədər heç bir xidmət göstərilməyəcək.

PNO ölkədə baş verəcək ümumi tətil çərçivəsində 8 dekabrda işi dayandıracaqlarını da bildirib. Yunanıstan və kreditorları arasında xilas etmə planı çərçivəsində davam edən müzakirələrdə tələb edilən iş qanun islahatı reaksiyalara yol açmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 910