Yağışın yağması minaların partlamasına səbəb oldu


01:37     03 Dekabr 2016 mina%20yagis.jpg

İraqın qərbindəki əl-Anbar vilayətində İŞİD terrorçuları tərəfindən quraşdırılan minalar partlayıb.


İraq ordusu 7-ci briqdasının komandiri, general Noman əz-Zobayi bu barədə açıqlama verib. General açıqlamasında bildirib ki, terrorçular İraq ordusunun irəliləyişinin qarşısını almaq və mülki şəxsləri hədəfə almaq üçün müxtəlif yerlərə mina yerləşdirib.

"Şiddətli yağışlar minaların partlamasına səbəb oldu", deyə general Noman Zobayi diqqətə çatdırıb. General hadisə nəticəsində ölən və ya yaralananlar barədə açıqlama verməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 965


Oxşar xəbərlər